Bakı. Trend:
Fevralın 3-ü saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-ə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, ona döş qəfəsinin arxa divarınının açıq yarası diaqnozu təyin olunub.
"Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Gəncədə "Kəpəz" futbol klubunun yarımmüdəfiəçisi Veysəl Rzayev bıçaqlanıb.
