...

180 minə yaxın gənc könüllü olmaq üçün DOST agentliyinə müraciət edib - Aygün Musayeva

Cəmiyyət Materials 4 Fevral 2026 13:24 (UTC +04:00)
180 minə yaxın gənc könüllü olmaq üçün DOST agentliyinə müraciət edib - Aygün Musayeva
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İndiyədək 180 minə yaxın gənc könüllü olmaq üçün DOST agentliyinə müraciət edib. Onlardan 7 minindən çoxu DOST agentliyində könüllülüyə qəbul edilib.

Trend xəbər verir ki, bu fikirləri bu gün DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Aygün Musayeva Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu, DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən keçirilən əlilliyi olan gənclər üçün motivasiya platforması çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, DOST İİYM həssas əhali qruplarından olan gənclərin, o cümlədən əlilliyi olan şəxslərin potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, şəxsi bacarıqlarının genişləndirilməsi baxımından fəaliyyət göstərən təşkilatdır.

“GəncTALKS” 2026 tədbirinin DOST İİYM-də keçirilməsi məzmun baxımından əhəmiyyət kəsb edir. Gənclər günü Bu gün Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib.

DOST agentliyi müxtəlif layihələrlə çıxış etməkdədir. Əlilliyi olan gənclərin sosial-iqtisadi aktivliyi ilə bağlı növbəti layihə hazırda həyata keçirilir. Bu layihə DOST və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi layihədir. Burada əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması və gələcəkdə onların məşğulluq imkanlarının genişləndirilməsi hədəflənir. Bu layihə çərçivəsində artıq orta və ali təhsil müəssisəsində təhsil almış və almaqda olan gənclər arasında məlumatlandırılma həyata keçirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti