...

Atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığı deyilən 11 yaşlı qız sığınacağa yerləşdirildi - Rəsmi

Cəmiyyət Materials 12 Fevral 2026 11:26 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığı deyilən 11 yaşlı qız sığınacağa yerləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilir ki, həmin uşağın mövcud vəziyyəti nəzərə alınaraq o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə sığınacağa yerləşdirilib.

"Hazırda uşağın qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticəsinə əsasən ona fərdi inkişaf planı hazırlanacaq və uşağın mənafeyinə uyğun addım atılacaq", məlumatda qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl uşaq sığınacağı rəhbəri Kəmalə Ağazadə qaynar xəttlərinə 11 yaşlı qızla bağlı məlumat daxil olduğu haqda məlumat yaymışdı. 8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərlə qarşılaşması səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yarandığı qeyd edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti