...

Adil Paşayev: Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığmasına Olimpiadaya düşmək üçün əlavə şans yaranıb

Cəmiyyət Materials 29 Oktyabr 2005 15:12 (UTC +04:00)

"2008-ci il Oyunlarına düşmək üçün bizə əlavə şans yaranıb". Adil Paşayev: Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığmasının baş məşqçisi Adil Paşayev bu barədə Trend ə BOK-nin olimpiya turnirində komandaların sayını ondan on ikiyə çatdırmaq haqqında olan qərarını şərh edib.

Məşqçi qeyd edib ki, Pekində seçmə reqlament BOK-nun Lozannada keçirilən iclasından sonra dəyişə bilər. "Tamamilə yəqin etmək olar ki, indi Oyunlarda yerləri Avropa çempionatının yekunlarına əsasən ilk üç yeri tutmuş yığmalar alacaq və buraya bizim komanda da daxildir" -deyə mütəxəssis bildirib.

O, vurğulayıb ki, Olimpiadada həmişə kişilərdən ibarət on iki komandanın çıxışı nəzərə alınaraq Oyunlarda qadın yığmalarının sayının artırılması barədə danışıqlar çoxdan aparılırdı.

Xəbər lenti

Xəbər lenti