...

Azərbaycan ekologiya nazirliyinin quş ovuna qoyduğu qadağa qüvvədədir

Cəmiyyət Materials 5 Yanvar 2006 18:01 (UTC +04:00)

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi ölkədə quş ovuna qadağanı qüvvədə saxlayıb. Bu barədə Trend ə ekologiya və təbii sərvətlər nazirliyində bildirilib.

Qadağa yanvarın sonunadək qüvvədədir. "Ölkədə "quş qripi" nin olması təsdiq edilməsə də qadağanın uzadılması nəzərdə tutulur. Hazırda quşların əsas köçetməsi başa çatıb. Amma əgər Rusiyada sərt qış keçsə, onda yanvarın əvvəlində quşların yenidən köçetməsinin başlayacağı istisna edilmir. Buna görə də biz bütün lazımi tədbirləri görməliyik" -deyə nazirliyin nümayəndəsi bildirib.

Hazırda Rusiya və Türkiyə ərazisində artıq quş ovuna qadağa götürülüb.

Xəbər lenti

Xəbər lenti