2006-cı ildə Təhsil nazirliyi "Məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi" proqramının reallaşdırılmasına başlayacaq. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.
Proqramda məktəb kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Proqramın layihəsi baxılmaq üçün hökumət və ayrı-ayrı müvafiq orqanlara veriləcək. Yaxın vaxtlarda layihənin təsdiqi gözlənilir. Proqramın həyata keçirilməsinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Hazırda nazirlikdə daha 5-6 yeni proqram layihələri üzərində iş gedir. Bunlar "Məktəbəqədər təhsilin təkmilləşdirilməsinin inkişafı proqramı", "İstedadlı uşaqların yaradıcı potensialının inkişafı üzrə dövlət proqramı", "Ümumtəhsil məktəblərinin istilik sistemi ilə təmin olunmasının inkişafı proqramı" və "Şagirdlərin biliklərinin qiymətləndirilməsinin yeni modelinin yaradılması üzrə inkişaf proqramı"dır.