...

Yaponiya və Sloveniya cudoçuları Bakıda təlim oyunları keçirir

Cəmiyyət Materials 2 Fevral 2006 11:24 (UTC +04:00)

Yaponiya və Sloveniyanın cudo üzrə yığmaları yerli cüdoçularla birgə təlim -məşq oyunları keçirmək üçün Bakıya gəlib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Yaponiya yığmasına ölkənin aparıcı mütəxəssislərindən biri olan Yoşitaki Yokixarı rəhbərlik edir. Kollektivin tərkibinə artıq ilk məşqləri keçirmiş 6 atlet daxildir.

Sloveniya komandasının tərkibinə isə Avropa çempionatının finalçısı Rok Draksiç (60 kq) və İqor Troboviç (66 kq) daxildir. Qeyd etmək lazımdır ki, qitə çempionatına uğurla hazırlaşmaq məqsədilə keçirilən birgə məşqlər fevralın 11-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti