...

Azərbaycanın təhsil naziri İrana getmək üçün dəvət alıb

Cəmiyyət Materials 4 Fevral 2006 12:28 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov İrana rəsmi səfərə getmək üçün dəvət alıb. AR Təhsil nazirliyində Trend ə bildirilib ki, İranın elm, araşdırma və texnologiyalar nazirinin dəvətnaməsini M.Mərdanova həmin ölkənin Azərbaycandakı səfiri Əfşar Süleymani çatdırıb.

Görüşdə iki ölkənin təhsil sahəsində əməkdaşlığı perspektivləri, müəllim və tələbə mübadiləsi kimi məsələlər müzakirə edilib, eləcə də hər iki tərəfin ehtiyac duyduğu mütəxəssislərin müəyyən edilməsi zərurəti qeyd olunub.

İranın səfiri nazirlə söhbətində bildirib ki, hazırda Azərbaycanda təxminən 150 iranlı tələbə təhsil alır və o, gələcəkdə onların sayının artırılmasının vacib olduğunu vurğulayıb.

Diplomat həm də nazirin iranlı tələbələrin problemlərinin öyrənilməsi və həll edilməsi üçün onlarla görüşməsi təşəbbüüsü ilə çıxış edib.

M.Mərdanov öz əməkdaşlarına Azərbaycan ilə İran arasında təhsil sahəsində əməkdaşlığa dair öncədən imzalanmış sazişə əsasən illik iş planının hazırlanmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti