...

"Neftçi" çempionatda birinci yerə çıxıb

Cəmiyyət Materials 21 Fevral 2006 18:18 (UTC +04:00)

"Neftçi" futbol üzrə ölkə çempionatında səfərdə "Göyəzən"ə 1:0 hesabı ilə qalib gələrək birinci yerə çıxıb.

Trend bildirir ki, görüş oyuna nəzarət edən qonaqların üstünlüyü ilə keçib. Nəticədə komanda bir qol vura bilib və üç mühüm xal əldə edib. İndi Ağasəlim Mircavadovun yetirmələri öz aktivində otuz üç xala sahibdir və onlar "Karvan"ı bir xal qabaqlayır.

Eyni zamanda, birinciliyin qalan iştirakçılarının ehtiyatda oyunu var və onlar öz təqvim oyunlarını fevralın 22-də keçirəcək. "Xəzər" "Karvan"ı qəbul edəcək, "İnter" evdə "MKT-Araz" ilə görüşəcək, Qusarda "Şahdağ" - "Bakı" ilə oynayacaq, "Turan" MOİK-in qonağı olacaq, "Qarabağ" "Olimpik"i, "Gəncə" isə "Gənclərbirliyi"ni qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti