...

Filarmoniyada "Fərqli mədəniyyətlərin qovşağı Azərbaycan" adlı proqram təşkil olunacaq

Cəmiyyət Materials 2 Mart 2006 14:02 (UTC +04:00)

Martın 2-3-də Azərbaycan Dövlət Filarmoniyasında "Fərqli mədəniyyətlərin qovşağı Azərbaycan" adlı proqram təşkil olunacaq. Proqramın təşkilatçıları Heydər Əliyev Fondu, "Çağ Öyrətim İşlətmələri", Azərbaycanın Təhsil, o cümlədən Mədəniyyət və Turizm nazirlikləridir. Bu barədə Trend ə "Çağ Öyrətim İşlətmələri"ndən məlumat verilib.

Proqram Fondun prezidenti, Milli Məclisin deputatı və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın himayəsi altında keçirilir.

Tədbirdə Azərbaycanda səfirilyi olan 27 ölkənin adət-ənənəsi və mədəniyyəti tanıdılacaq.

Xəbər lenti

Xəbər lenti