...

Bakıdakı ot üzərində xokkey turnirinə yalnız Ukrayna və İtaliyanın yığması gələcək

Cəmiyyət Materials 7 Mart 2006 13:13 (UTC +04:00)

Martın 26-da Bakıda start götürəcək ot üzərində xokkey üzrə beynəlxalq turnirdə yalnız 3 qadın yığması iştirak edəcək.

Komandanın baş treneri Adil Paşayevin Trend ə verdiyi məlumata görə, yarışda yarışın sahibi ilə birgə Ukrayna və İtaliya da iştirak edəcək. "Çox güman ki, hər bir yığma rəqiblərdən hər biri iki dəfə oynamaqla Bakıda dörd görüş keçirəcək. Xüsusilə də, Romada dünya çempionatının seçmə turnirinin ərəfəsində bizə oyun təcrübəsi toplamaq vacibdir", - deyə mütəxəssis bildirib. Qeyd edək ki, ukraynalılar təlim -məşq toplantısı keçirmək üçün Bakıya bir az tez gələcək.

Baş məşqçinin sözlərinə görə, Bakıya gəlmək üçün dəvət alan Fransa maliyyə səbəbələrinə görə səfərdən imtimna edib. Nigeriyanın komandası isə Azərbaycana səfərə gəlməkdənsə Avstraliya turnirində iştirak etməyə üstünlük verib.

Xəbər lenti

Xəbər lenti