...

Rəbiyyət Aslanova: "Bakıda dünyanın aparıcı dövlətlərinin insan hüquqları komissiyaları rəhbərlərinin toplantısı keçiriləcək"

Cəmiyyət Materials 30 Mart 2006 16:53 (UTC +04:00)

İnsan hüquqlarının qorunması vəziyyəti ilə tanış olmaq məqsədilə sentyabr-oktyabr aylarında dünyanın aparıcı dövlətlərinin insan hüquqları ilə məşğul olan komissiyalarının rəhbərləri Azərbaycana gələcək. Bu barədə Trend ə Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova bildirib ki, Azərbaycana gələcək nümayəndə heyətinin tərkibinə MDB, Şərqi və Qərbi Avropanın insan hüquqları komissiyalarının rəhbərləri daxil olacaqlar: "Onların iştirakı ilə Azərbaycanda böyük toplantı keçiriləcək. Azərbaycanın dövlət orqanlarında insan hüquqları və azadlıqlarının qorunması sahəsində görülən işlərdən ibarət sanballı bir hesabat ABŞ-ın Dövlət Departamentinə və bir sıra beynəlxalq təşkilatlara göndəriləcək".

Komissiyanın sədri onu da vurğulayıb ki, bu dəvət Azərbaycan tərəfindən edilib: "Məqsədimiz odur ki, həmin nümayəndələr gəlib vəziyyətlə yerlərdə tanış olsunlar".

Xəbər lenti

Xəbər lenti