...

Asim Mollazadə: Azərbaycanın "Freedom House" ilə əməkdaşlığı bundan sonra da davam etdiriləcək

Cəmiyyət Materials 27 Aprel 2006 14:55 (UTC +04:00)

Düşünürəm ki, Azərbaycanın "Freedom House" təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdiriləcək. Bu barədə aprelin 27-də Trend in müxbiri ilə söhbətində Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatu Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Freedom House qeyri-hökumət təşkilatı dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda insan haqları, insan azadlığı və demokratik proseslərlə bağlı öz fikrini ifadə edir. "Ümumilikdə, təşkilatın hesabatları vəziyyəti əks etdirir və mövcud pozuntular burada öz əksini tapır",- deyə partiyanın lideri bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, təşkilatın 2005-ci il üzrə məruzəsində bir sıra qeyri-dəqiqliklər, konkret faktlarla əsaslandırılmamış və möhkəmləndirilməmiş fikirlər yer alıb. Ona görə də aprelin 27-də Freedom House-nin nümayəndələrinin iştirakı ilə təşkil olunan dəyirmi masa "müzakirələr aparılması və müxtəlif fikirlərin səslənməsi üçün" çox vacibdir.

Xəbər lenti

Xəbər lenti