...

160-dan artıq azyaşlı polis nəzarətindədir

Cəmiyyət Materials 10 May 2006 12:12 (UTC +04:00)

Azərbayanda 160-dan artıq azyaşlı polis nəzarətindədir. Bu barədə Trend ə Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayanlarla proıfilaklik işin təşkili Şöbəsinin rəisi Kamal İmamverdiyev məlumat verib.

K.İmamverdiyev onu da bildirib ki, Azərbaycanda cinayət törətmiş azyaşlıların sağlam cəmiyyətə qayıdışı bir qədər problemli məsələdir. Bunun üçün mütləq psixoloji sosial reablitasiya mərkəzləri yaradılmalıdır.

Şöbə rəisinin sözlərinə görə, ötən il 670-ə yaxın uşaq üzərində polis nəzarəti olub. "Həmin uşaqlar internat məktəblərinə, çətin tərbiyə olunmuş uşaqlar üçün müəssisələrə göndərilib" - deyə şöbə rəisi vurğulayıb.

Şöbə rəisi son vaxtlar qeyri-hökumət təşkilatları ilə daxili işlər orqanı əməkdaşlarının həyata keçirdikləri birgə layihələri də yüksək qiymətləndirib. "Bu layihələr cinayət törətmiş uşaqlar üçün psixoloji reablitasiya mərkəzlərinin yaradılmasına yönəldilsə daha məqsədəuyğun olar" - deyə K.İmamverdiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti