...

Bakı buxtasının sənaye tullantılarından təmizlənməsi üzrə layihə nəzərdən keçirilir

Cəmiyyət Materials 22 May 2006 18:29 (UTC +04:00)

Hazırda dəniz sularının təmizlənməsi və Bakı buxtasına axının qarşısının alınması üzrə layihə işlənib hazırlanır. Bu barədə Trend ə mayın 22-də ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov məlumat verib.

Onun sözlərinə görə, üstünlük buxtanın 3 metrədək dərinlikdəki çöküntülərə toxunmadan dəniz sularından təmizlənməsi variantına verilir. "Bu, təmizlənmə prosesini çətinləşdirə bilər və böyük vəsait tələb edir", - deyə o bildirib.

"Hazırda bu istiqamətdə konkret qərar yoxdur. Sənəd baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub və ölkənin dövlət büdcəsindən ayrılacaq yekun məbləğ müəyyənləşdirilir", - deyə ekologiya naziri bildirib.

Nazir bildirib ki, ölkə prezidentinin sərəncamı ilə Maliyyə Nazirliyində ətraf mühit üçün, eləcə də, içməli su proqramı, sənaye tullantılarının təmizlənməsi üzrə əlavə investisiyaların ayrılması üçün təkliflər nəzərdən keçirilir. Sadalanan məsələlər arasında Bakı buxtasının dəniz sularından təmizlənməsi də var.

Xəbər lenti

Xəbər lenti