...

Dünya azərbaycanlılarının forumu erməni təcavüzünə qarşı mübarizə yollarını müzakirə edib

Cəmiyyət Materials 7 İyun 2006 12:47 (UTC +04:00)

Antalyada keçirilən dünya azərbaycanlılarının silsilə tədbirləri sırasında toplantılardan birində ermənilərin azərbaycanlılara qarşı törətdiyi təcavüz və terror mövzusu müzakirə olunub. Trend in müxbiri xəbər verir ki, tədbirdə "Azərbaycanda erməni terroorizmi" adlı film də nümayiş etdirilib.

Film Azərbaycan Respublikası əsir və girov göturülmüş, itkin düşməş vətəndaşlarla əlaqədar Dövlət komiissiyasının və MTN-nın sənədli-xronoloji materialları əsasında çəkilib. Filmdə Azərbaycanın qədim tarixinə nəzər salınıb, tarixi torpaqlarımız zaman-zaman işğalı, sərhədlərimizin tədricən kiçilməsi barədə faktlar da yer alıb. Eyni zamanda erməni daşnaklarının 1915-ci ildə Azərbaycanda törətdikləri qanlı soyqırımlar barədə danışılır. Tarixi görüntülər nümayiş etdirilir. Qarabağ müharibəsi dövründədə erməni işğalı və bunun ağır nəticələri haqqında məlumat verilir.

Filmin nümayişindən sonra Prezident Apparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O bildirib ki, ermənilər tarix boyu Azərbaycanda təcavüz və qətliamlara imza atıb, ancaq öz adlprvnv bizə qoymağa çalışıblar. İndi bu tarici gerçəkliklərirn açılıb dünyaya təqidm olunması gərəkdir.

Xəbər lenti

Xəbər lenti