...

"Turan" futbol klubu Nigeriyalı hücumçunu sıralarına qəbul edə bilər

Cəmiyyət Materials 30 İyun 2006 17:30 (UTC +04:00)

"Turan" Nigeriyalı hücumçu Maykl Semionu qəbul edə bilər. Trend agentliyinin məlumatına əsasən, potensial oyunçu Sakit Əliyevin rəhbərlik etdiyi məşqçi heyətinə müsbət təsir bağışlayıb və çox ehtimal ki, bu Afrikalı ilə müqavilə bağlanacaq. Hücum potensialını gücləndirmək üçün məqşçi komandaya Gürcüstanlı idmançılar Laşa Rexviaşvili və Qiya Toduanı dəvət edib, lakin onların şərtləri S.Əliyevi qane etməyib. Bununla yanaşı, komandada daha 5 gürcü var ki, mütəxəssislər onların potensialını qiymətləndirir.

Qeyd edək ki, ötən milli birinciliyin yekunlarına əsasən "Turan" İntertoto Kubokunda iştirakdan imtina edərək 6-cı yeri tutub.

Xəbər lenti

Xəbər lenti