...

FİFA Azərbaycan yığmasının reytinqini yenidən hesablayacaq

Cəmiyyət Materials 7 İyul 2006 13:43 (UTC +04:00)

Yaxın günlərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) Azərbaycan yığmasının reytinqini yenidən hesablayacaq.

Trend in xəbər verdiyi kimi, Berlində keçirilmiş iclasda FİFA milli yığmaların reytinqinin hesablanması üzrə yeni sistemi rəsmən elan edib. Ən böyük dəyişiklik xalların hesablanması zamanı əsas götürülən dövrə edilib. İndi FİFA əvvəllər olduğu kimi 8 il əvəzinə təkcə sonuncu 4 ili nəzərə alacaq. Müxtəlif illər ərzində toplanmış xallar aşağıdakı həcmdə hesablanacaq: 4-cü ildə - 100% xal, 3-cü ildə - 50% xal, 2-ci ildə - 30% xal və 1-ci ildə - 20% xal. Yeni reytinq iyulun 12-də dərc olunacaq. Xatırladaq ki, ranqlar haqqında cari cədvəlin nəticələrinə görə Şahin Diniyevin yetirmələri 112-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti