"Gəncənin peşəkar futbol klubu dağıla bilər". Bu barədə məlumatı Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mövsüm Hüseynov verib. Onun sözlərinə görə, bir ay müddətinə futbol klubuna sponsor tapılmasa, klub fəaliyyətini dayandıra bilər. Məlumat üçün qeyd edək ki, artıq 2 ilə yaxındır, kluba sponsorluq edən klubun prezidenti Ruslan Məmmədov bu yaxınlarda vəzifəsindən imtina edib. Hüseynov onu da əlavə edib ki, hazırda bir neçə iri müəssisənin rəhbərləri klubla maraqlansalar da, hələlik müsbət bir cavab yoxdur. "Bu məsələ şəhər rəhbərliyini də narahat edir. Biz bütün əlaqələrdən istifadə edərək problemin həllinə çalışırıq, hər halda Gəncə kimi böyük bir şəhərin futbol klubu fəaliyyət göstərməlidir" - Mövsün Hüseynov belə deyir.