...

Səhiyyə Nazirliyi QİÇS üzrə Respublika Mərkəzinin fəaliyyətndən narazıdır

Cəmiyyət Materials 14 İyul 2006 20:08 (UTC +04:00)

İyulun 13-də Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclası zamanı QİÇS üzrə Respublika Mərkəzinin fəaliyyəti müzakirə olunub. Bu barədə, Trend agentliyinin xəbərinə əsasən, iyulun 14-də nazirliyin yaydığı məlumatda deyilir.

Mülkiyyətin formasından asılı olamayaraq, nazirlik daim tibb müəssisələrində araşdırma aparır.

Bu dəfə araşdırma QİÇS üzrə Respublika Mərkəzində aparılıb və bu müəssisənin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib. Yoxlama zamanı səmərəsiz test sistemlərindən istifadə, bəzi hallarda şübhəli diaqnozların yoxlanılmasında qeyri-dəqiq üsullardan yararlanma halları aşkarlanıb.

Hazırda bu və digər qüsurların aradan qaldırılması üçün mərkəzdə Səhiyyə Nazirliyinin xüsusi komissiyası yaradılıb. Bu işdə dəstək göstərmək üçün Qlobal Fondun xətti ilə ekspert dəvət olunub.

Xəbər lenti

Xəbər lenti