...

Bakı taekvando üzrə lisenziyalı turniri qəbul etmək hüququ uğrunda mübarizədə Mançesterə məğlub olub

Cəmiyyət Materials 25 İyul 2006 15:22 (UTC +04:00)

Bakı taekvando üzrə lisenziyalı turniri qəbul etmək hüququ uğrunda mübarizədə Mançesterə məğlub olub.

Trend in xəbər verdiyi kimi, Hoşimin Sitidə keçirilmiş iclas zamanı Ümumdünya Taekvando Federasiyası (WTF) İcraiyyə Komitəsinin üzvləri İngiltərənin namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıdan başqa, Banqkok da yarışı almaq niyyətində idi. Ancaq bu ölkə seçkiqabağı yarışda məğlub olub.

Eyni zamanda 2008-ci ilin yanvarında Avropa miqyaslı Olimpiya seçmə turnirini Türkiyə qəbul edəcək. Maraqlıdır ki, ötən il Oyunlara seçmə turnir zamanı belə yarış məhz Azərbaycanda təşkil olunmuşdu. Bu turnirdə Niyaməddin Paşayev 1-ci yeri tutaraq Afinaya vəsiqə qazanmışdı.

Qeyd etmək lazımidır ki, azərbaycanlı taekvandoçular iki - dünya və Avropa miqyaslı turnirlər zamanı Pekinə vəsiqə əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti