...

Qafqaz müsəlmanlarının şeyxi Gürcüstana səfər edəcək

Cəmiyyət Materials 28 İyul 2006 15:45 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə iyulun 31-də Tbilisidə keçiriləcək "Ənənəvi dini təlimlərdə qadınların rolu" mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Bu barədə Trend ə QMİ-dən xəbər veriblər.

Konfransın keçirilməsinin təşəbbüskarları Gürcüstan Patriarxlığı və Qafqaz Müsəlmanları İdarəsidir. Konfransda Azərbaycan, Gürcüstan, İran, Türkiyə və Rusiyanın dini xadimləri iştirak edəcək. Beynəlxalq konfransda bütün Gürcüstan Patriarxı II İliya və Şeyxülislamın çıxış edəcəyi gözlənilir.

Gürcüstana səfəri çərçivəsində Şeyxülislam orada yaşayan azərbaycanlılarla görüşməyi, habelə bütün Gürcüstan Patriarxı II İliya ilə təkbətək görüş keçirməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti