...

Ahıska türklərinin Beynəlxalq "Vətən" Cəmiyyətinin sədri Bakıya gələcək

Cəmiyyət Materials 2 Avqust 2006 12:29 (UTC +04:00)

Sentyabrda Bakıda "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" qanun layihəsinin müzakirəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Ahıska türklərinin Azərbaycan "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

Qeyd edək ki, Avropa Şurasında Gürcüstandan deportasiya olunan Ahıska türklərinin vətənə repartriasiyası ilə bağlı "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" adlanan qanun layihəsinə sonuncu dəyişikliklər edilib. Sənəd Gürcüstan parlamentində müzakirə olunacaq.

İ.Burxanov bildirib ki, sözügedən sənəd Azərbaycan MEA İnsan Haqları İnstitutuna təqdim ediləcək: "Sənədin əvvəlki varinatları bu institutda müzakirə olunub. Yenidən buna qayıdacağıq. Məqsədimiz bu sənəddə insan haqlarının necə qorunmasını aydınlışdırıb təhlil etmək olacaq". İ.Burxanov onu da qeyd edib ki, sənədin geniş müzakirəsi beynəlxalq konfransda aparılacaq: "Konfransda yerli və xarici hüquqşünaslar, Avropa Şurası və digər beynəlxalq təşkilatlardan, Gürcüstanın Bakıdakı səfirliyindən nümayəndələr də iştrirak edəcək".

Adıçəkilən cəmiyyətin sədri onu da əlavə edib ki, yaxın günlərdə Ahıska türklərinin Beynəlxalq "Vətən" Cəmiyyətinin sədri Süleyman Barbakadze Bakıya səfər edəcək. İ.Burxanov onunla birlikdə Gürcüstana gedib bu məsələlərlə tanış olacağ. Onu da qeyd edək ki, Beynəlxalq "Vətən" Cəmiyyəti 1980-ci ildə yaradılsa da, 1989-cu ildə fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti