...

Azərbaycanın Boks Federasiyası AIBA ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 5 Avqust 2006 11:00 (UTC +04:00)

Azərbaycanın Boks Federasiyası Ümumdünya Boks Assosiasiyası ilə (AİBA) oktyabrda Bakıda komandalararası dünya kubokunun keçirilməsi haqqında müqavilə imzalayıb.

Milli Federasiya başçısının Trend ə verdiyi məlumata görə, Bakıda bu nüfuzlu yarışın təşkili ilə bağlı bütün danışıqlar artıq başa çatıb. Yarışda 8 yığma iştirak edəcək və kollektivlərin heyəti artıq məlumdur. A.Əbiyevin sözlərinə görə, kubok uğrunda mübarizəyə rinq sahibləri ilə yanaşı, Kuba, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, Tailand və Afrika boksçuları da qoşulacaq. "Bütün detallar artıq qaydaya salınıb və biz iki istiqamətdə (təşkilati və idman) yarışa hazırlığa başlayırıq", - deyə A.Əbiyev qeyd edib.

Qeyd etmək lazımdır ki, Moskvada keçirilmiş sonuncu dünya kubokunda Məmməd Eyvazovun yetirmələri 3-cü yerdə qərarlaşmışdı.

Xəbər lenti

Xəbər lenti