...

Cavad Derəxti Moskvaya gedib

Cəmiyyət Materials 28 Avqust 2006 16:23 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxtinin Ukraynaya səfəri başa çatıb. Bu barədə Trend ə DAK-dan məlumat verilib.

Ukraynada səfəri çərçivəsində C.Derəxti bir sıra görüşlər keçirib. Ukranya Ali Radasının deputatları, Azərbaycanın Ukraynadakı səfiri, Regionlar Partiyasının nümayəndələri, Xarkov şəhər meriyasının rəhbərliyi və Azərbaycan diasporunun nümayəndləri ilə görüşlər keçirib.

Bütün görüşlərdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti, inkişafı müzakirə olunub. Ukraynanın baş naziri ölkədə olmadığından C.Derəxtinin onunla görüşü isə baş tutmayıb. DAK sədri Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyevlə də görşündə diasporumuzun bu günkü durumu, problemləri, qarşıda duran vəzifələri və əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu gün - avqustun 28-də DAK sədri Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Moskvada DAK-ın Rusiya nümayəndəliyinin və digər diaspor təşkilatlarının təmsilçiləri ilə görüşəcək. Moskvadan sonra Cavad Derəxti İçveçə qayıdacaq.

Bu ilin payızında isə DAK sədri Avropa ölkələrinə səfərə çıxacaq.

Xəbər lenti

Xəbər lenti