...

Pakistanın turizm naziri Azərbaycan turistlərini öz ölkəsinə dəvət edir

Cəmiyyət Materials 13 Sentyabr 2006 13:18 (UTC +04:00)

2007-ci il Pakistana səfər ili elan olunub. Trend xəbər verir ki, bu barədə sentyabrın 13-də Pakistanın turizm naziri xanım Nilofər Bəxtiyar Bakıda İKT-nin turizm nazirlərinin I konfransında iştirakı çərçivəsində mətbuat konfransında bildirib.

Pakistanın turizm naziri iki ölkənin turizm sahəsində əməkdaşlıq səviyyəsindən narazı olduğunu bildirib. Pakistan Azərbaycan turistlərinə, xüsusilə ekoturizm, dini turizm, dağlara səyahət və s. sahələrdə zəngin proqram təqdim etməyə hazırdır.

Nazirin sözlərinə görə, Pakistanın əlverişli investisiya atmosferi Azərbaycanın iş adamlarına bu sahədə qarşılıqlı əlverişli olan biznes yaratmağa imkan verəcək. Azərbaycan elə ölkələrin kateqoriyasına aiddir ki, həmin ölkənin turistləri üçün Pakistanda xüsusilə əlverişli şərait yaradılıb, həmin ölkələrin vətəndaşları aeroporta gələrkən turist vizaları aça bilər.

Nazirin sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində o, turizm operatorları ilə görüşüb və onlarla gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti