...

Sergey Kambur: "Qorodniçanka"nın "Qaradağ"ı udmaq üçün yaxşı şansı var

Cəmiyyət Materials 23 Sentyabr 2006 15:06 (UTC +04:00)

"Qorodniçanka"nın döğma divarlarında özünə lazım olan xalla udmaqla "Qaradağ"ı ötmək üçün yaxşı şansı var. Bu barədə Trend ə sentyabrın 23-də keçiriləcək EHF Kubokunun cavab matçı öncəsi Belorus komandasıın baş məşqçisi Sergey Kambur bildirib.

Onun sözlərinə görə, iki matç fərqi ilə Bakıda məğlubiyyət onun yetirməsini onları qane edəcək nətcələri əldə etmək üçün yaxşı imkan yaradır. "Mən bilirdim ki, "Qaradağ" tez oyun stilini nümayiş etdirəcək və komanda ilk görüşədək hadisələrin bu cür gedişinə hazır idi. Bundan başqa, Bakıya bir neçə zədə almış əsas idmançılar gəlməyib. Lakin təkrar qarşılaşmayadək onlar oyuna qoşulmalıdırlar, ona görə də biz öz əsl gücümüzü evdə nümayiş etdirəcəyik", - deyə məşqçi bildirib.

Maraqlıdır ki, S. Kambur Azərbaycan həndbolu ilə yaxından tanışdır, belə ki, o, bakılıdır və 90-cı illərin əvvllərinədək "Spartak"a başçılıq edib.

Xəbər lenti

Xəbər lenti