...

Azərbaycanın Ədliyyə Nazirliyi Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişilklər edilməsi ilə bağlı təkliflər hazırlayır

Cəmiyyət Materials 3 Oktyabr 2006 15:52 (UTC +04:00)

Ədliyyə Nazirliyi Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişilklər edilməsi ilə bağlı təkliflər hazırlayır. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən məlumat verilib.

Qanunvericilkdə dəyişikliklər məhkumların gələcəkdə ali təhsil almaq imkanlarını genişləndirə bilər. Belə ki, mövcud qanunvericiliklə cəza çəkən məhkumlara orta və peşə təhsili, məntəqə və xüsusi tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara isə ali təhsil almaq hüququ verilir. Lakin yetkinlik yaşına çatmayan məhkumların orta xüsusi təhsil almaları qanunvericilkdə nəzərdə tutulmayıb.

Əgər qanunvericilikdə dəyişikliklər olarsa, məhkumlar arasında ali təhsil alma halları artacaq. Çünki məhbusların əksəriyyəti ali təhsil almağa meyllidir. Milli Məclisə təkliflər hazırlanarkən xarici ekspertlərin köməyindən də istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti