...

Azərbaycanın Konstitusiya Məhkəməsində Almaniyanın Karlsruhe İnzibati Məhkəməsi sədrinin iştirakı ilə dəyirmi masa keçirilib

Cəmiyyət Materials 9 Oktyabr 2006 18:46 (UTC +04:00)

Oktyabrın 9-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Humeri qəbul edib. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkənin konstitusiya nəzarəti orqanları arasında mövcud olan əlaqələr və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Konstitusiya Məhkəməsinin binasında "Konstitusiya Məhkəməsi ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı münasibətlər" mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə əvvəllər Almaniya Federal Konstitusiya Məhkəməsinin mətbuat katibi işləmiş xanım Qudrun Şraft-Huber "Konstitusiya Məhkəməsində mətbuat xidmətinin fəaliyyətinin məqsədi və əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də Mətbuat Şurasının xətti ilə tədbirə dəvət olunmuş müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti