Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə noyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində "Bələdiyyə və KİV münasibətləri: inkişaf və problemlər müstəvisində" adlı dəyimi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə AVCİYA- nın eksperti Vüqar Tofiqli bələdiyyələrin vəziyyəti, fəaliyyəti barədə məruzə edib.
O bildirib ki, bələdiyyələrin hazırkı durumu onları ictimai qınaq obyektinə çevirib. Araşdırmalara görə, əsas səbəblərdən biri yerli orqanların KİV və TV qurumları ilə əməkdaşlıq əlaqərinin sivil formada qurulmamasıdır: "Təhlillər göstərir ki, bələdiyyələr bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyərək, şəfafflıq prinsipini pozur və bu da öz növbəsində həm seçicilərin, həm də bələdiyyənin fəaliyyəti ilə maraqlanan hər bir sakini, o cümlədən KİV təmsilçilərini yerli orqandan narazı salır".
V.Tofiqlinin sözlərinə görə, bələdiyyə qanunvericiliyində bütün hallarda informasiya açıqlığının qorunması bələdiyyələr qaşısında tələb kimi qoyulur. Həmçinin onlar altı aydan bir seçicilərlə görüşlər təşkil etməli və öz fəaliyyətləri barədə hesabat verməlidirlər. Bələdiyyələr büdcə gəlirləri və xərcləri, habelə fəaliyyətlərini əks etdirən materiallarla seçiciləri tanış etməlidirlər.
"Reket" qəzetlərin hərəkətləri də KİV və bələdiyyə münasibətlərində mənfi rol oynayır: "Bu gün elə bir bələdiyyə sədri yoxdur ki, "reket" qəzetlərin hazırladıqları "Diplom, "Fəxri fərman", "İlin bələdiyyə sədri", "İlin bələdiyyə işçisi", "İlin xeyriyyəçisi" kimi diplom və adlara "layiq görülməsin". Araşdırmalar göstərir ki, yüksək zövqlə hazırlanan bu diplomların qiyməti 20-50 yeni manat civarındadır"-deyə V.Tofiqli bildirib.
Təçdbirdə çıxış AVCİYA-nın vitse-prezidenti Vəli Əliybəyov, Milli Məclis üzvləri Tahir Rzayev, Zahid Oruc, İTV-nin İctimai Yayım Şurasınını sədri Cahangir Məmmədli , "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri müzakirələrdə öz fikir və təkliflərini bildiriblər.