...

Azərbaycanın təhsil naziri Küveytə səfər edəcək

Cəmiyyət Materials 16 Noyabr 2006 18:00 (UTC +04:00)

Noyabrın 19-21-də Azərbaycanın təhsil naziri Misir Mərdanov Küveytə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, səfərin məqsədi islam ölkələri təhsil nazirləri və elmi tədqiqatçıların III konfransında iştirak etməkdən ibarətdir.

Konfransda iştirak çərçivəsində nazirin digər ölkələrdən olan həmkarlarla görüşləri olacaq.

Xəbər lenti

Xəbər lenti