...

Daha bir vəkil peyğəmbəri təhqir etmiş jurnalistlərin hüquqlarını müdafiə etməkdən imtina etdi

Cəmiyyət Materials 21 Noyabr 2006 17:23 (UTC +04:00)

Noyabrın 21-də daha bir vəkil - Camal Bağırzadə Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirli bilinən "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun və jurnalist Rafiq Tağının hüquqlarını müdafiə etmək təklifindən imtina etdi. Bu barədə Trend ə "Sənət" qəzetinin baş redaktor müavini Mübariz Xanağalı məlumat verib.

M.Xanağalının sözlərinə görə, vəkil bildirib ki, peyğəmbəri təhqir etmiş şəxslərin hüquqlarını müdafiə etməyi öz şərəfinə yaraşdırmır.

"Hər iki yazar həbs olunan gündən müxtəlif vəkillərlə söhbətlər aparmışıq ki, onların hüquqlarının müdafiəsini öz üzərlərinə götürsünlər. Lakin heç bir müsbət nəticə əldə etməmişik. Bəziləri qonorarı, çoxları isə yazarların əməllərinin ölçüyəgəlməz olduğunu səbəb gətirərək bundan imtina ediblər" - deyə M.Xanalıoğlu blldirib.

Qeyd edək ki, yazıçı Rafiq Tağı "Sənət" qəzetində "Avropa və biz" yazısı dərc etdirib. Yazıda Məhəmməd peyğəmbər haqda səslənən fikirlər dindarların və bir sıra şəxslərin etirazına səbəb olub. R.Tağı və S.Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı alaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) cinayət işi başlanıb.

Noyabrın 15-də isə Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib və onlar istintaqa cəlb olunub.

Xəbər lenti

Xəbər lenti