...

"AzərReyl" klubunun voleybolçusu Natalya Məmmədova hesab edir ki, İtaliya klubları ilə görüşlər bizim üçün yaxşı keçir

Cəmiyyət Materials 28 Noyabr 2006 13:04 (UTC +04:00)

"Hər bir yarışı həmişə qələbədən başlamaq xoşdur və Çempionlar liqası da istisna təşkil etmir". Bu barədə Trend ə "AzərReyl" klubunun voleybolçusu Natalya Məmmədova Avropa kubokunun qrup mərhələsinin birinci turu çərçivəsində İtaliyanın "Skavolini" klubuna qarşı oyun ərəfəsində bildirib.

İdmançı qeyd edib ki, görüş çox da asan olmayacaq, belə ki, qonaqlar təcrübəli oyunçulardan ibarətdir, lakin nəticənin əldə olunmasında həlledici amil qələbə əhvalında olmaqdır. "Biz "Skavolini"ni udmaq niyyətindəyik, həm də İtaliya komandaları ilə görüşlər bizim üçün yaxşı keçir. Axı ötən mövsümdə Bakıda "AzərReyl" yarışın əsas favoriti kimi tanınan "Palavolo Sirio"ya qalib gələ bildi", - deyə N.Məmmədova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti