...

Murmansk vilayəti azərbaycanlıların deportasiyasında yox, leqallaşdırılmasında maraqlıdır

Cəmiyyət Materials 7 Dekabr 2006 12:57 (UTC +04:00)
Murmansk vilayəti azərbaycanlıların deportasiyasında yox, leqallaşdırılmasında maraqlıdır

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Rusiyanın Murmansk valayətində səfərdədir. Q.Osmanov eksklüziv olaraq Trend in müxbirinə bildirib ki, səfər Azərbaycan prezidentinin azərbaycanlıların miqrasiya problemlərinin tənzimlənməsi, eləcə də Azərbaycan diasporunun Rusiyanın bütün Şimal-qərb zonası ilə konsolidasiyası ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə əlaqədardır. Səfər çərçivəsində vilayət qubernatoru Yuri Yevdakimov, Murmanskın meri Mixail Savçenko, vilayət dumasının sədr müavini Nikolay Alekseyev, Federal miqrasiya xidməti idarəsinin (FMXİ) direktoru Aleksandr Boykov və digər rəsmi şəxslərlə görüşlər keçirilib. Q.Osmanovun sözlərinə görə, gələn ilin may ayında Azərbaycanın Mədəniyyət Nazirliyi və Murmansk vilayəti hökuməti arasında Murmanskın Buz Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi barədə razılıq əldə olunub.

Diplomat bildirib ki, Azərbaycan vətəndaşlarının leqallaşdırılmasına dəstək məqsədilə Azərbaycan Baş Konsulluğu nümayəndələrinin yaxın vaxtlarda Murmansk vilayətinə səfəri barədə razılıq da əldə edilib. FMXİ nümayəndələri özləri bildiriblər ki, onlar burada yaşayan azərbaycanlıların deportasiyasında yox, leqallaşdırılmasında maraqlıdırlar.

Azərbaycanın baş konsulunun Murmansk vilayətinə səfəri Murmansk, Voloqda vilayətləri və Kareliya respublikası da daxil olmaqla Rusiyanın Şimal-qərb ərazisindəki Azərbaycanın diaspor təşkilatları ilə geniş şəkildə görüşlərlə yekunlaşacaq.

Vilayət miqrasiya xidmətinin məlumatına əsasən, Murmansk vilayətində 22 min azərbaycanlı yaşayır, onlardan 8 mini - Rusiya vətəndaşıdır, daha 123 min Azərbaycan vətəndaşı isə təkcə 2006-cı il ərzində RF vətəndaşlığı üçün müraciət edib.

Xəbər lenti

Xəbər lenti