...

Azərbaycan ombudsman aparatının əməkdaşları polis bölmələrinə və müvəqqəti təcridxanalara baxış keçiriblər

Cəmiyyət Materials 11 Dekabr 2006 17:40 (UTC +04:00)

Azərbaycanın insan hüquqları (ombudsman) üzrə aparatının səlahiyyətli əməkdaşları Sumqayıtda və Abşeron rayonunda polis bölmələrinə və müvəqqəti təcridxanalara baş çəkiblər. Bu barədə Trend ə Ombudsman aparatından xəbər veriblər.

Ombudsmanın təmsilçiləri dörd Sumqayıt polis bölməsində və Abşeron polis idarəsinin müvəqqəti təcridaxanalarında olublar. Ombudsman əməkdaşları təcridxanada saxlanılan şəxslərlə görüşüb, onların saxlanma şəraiti ilə, kameralarının, gəzmək üçün ayrılmış sahələrin, dini ibadətlər üçün nəzərdə tutulmuş otaqların vəziyyəti ilə tanış olub və bu barədə öz tövsiyyələrini veriblər. Baxışın nəticələri Daxili İşlər Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti