...

Azərbaycan klublarının UEFA tərəfindən lisenziyalaşdırılması prosesi sərtləşəcək

Cəmiyyət Materials 23 Dekabr 2006 11:50 (UTC +04:00)

Azərbaycan klublarının UEFA tərəfindən lisenziyalaşdırılması prosesi, digər Avropa komandalarında olduğu kimi, gələn mövsümdən sərtləşəcək.

Trend ə məlum olduğu kimi, görüş və ya məşqlər zamanı ürəyin dayanması səbəbindən oyunçuların ölüm hallarının çoxalmasını diqqətə alaraq, bu tibbi aspektə aiddir. Belə ki, UEFA ölüm hallarını minimuma endirmək üçün lisenziyalaşma zamanı kollektivlərə öz futbolçularının ürək-damar sistemini yoxlamağı tapşırıb. Komandaların bir neçə cəbhədə - həm öz ölkəsinin çempionatı və Kubokunda, həm də beynəlxalq arenada oynamalı olduğunu nəzərə alaraq, bu zaman xüsusi diqqət Avropa kuboklarının potensial iştirakçılarına veriləcək.

Maraqlıdır ki, Avropa kuboklarının iştirakçıları 21 yaşdan yuxarı bütün oyunçuların müayinədən keçdiyi və ürək -damar xəstəliklərinin olmadığını təsdiq edən sənədlər təqdim etməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti