...

Azərbaycanlıların qeydiyyat problemlərinin həllinə yardım məqsədilə Moskvada yaradılmış qərargaha 400-dən çox müraciət daxil olub

Cəmiyyət Materials 11 Yanvar 2007 17:47 (UTC +04:00)

Rusiyada yaşayan azərbaycanlıların qeydiyyat problemlərinin həllinə yardım məqsədilə Moskva şəhərində yaradılmış mərkəzi qərargaha bugünədək 400-dən çox müraciət daxil olub. Bu barədə Trend ə Moskvada yaradılmış mərkəzi qərargahın rəhbəri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, dünən - yanvarın 10-da 30 nəfər, bu gün yanvarın 11-də 40-dan çox şəxs müxtəlif suallarla qərargaha müraciət ediblər. İ.Hacıyevin sözlərinə görə, qərargaha zəng vuran soydaşlarımıza Rusiyada qeydiyyata düşmək üçün hansı sənədlərin hansı dövlət orqanlarına təqdim edilməli olduğu izah edilir: "Bizim hüquqşünaslar müraciət edənlərə hüquqi yardımlar göstərirlər. Ümumilikdə Rusiyada miqrasiya ilə bağlı yeni qanunla əlaqədar qərargaha 400-dən çox adam müraciət edib. Onların bir qismi ilə görüşlər keçirmişik. Qeydiyyatla bağlı sərəncama bəzi yeniliklər də edilib, onları da biz soydaşlarımıza izah edirik"-deyə qərargah rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti