...

Azərbaycanlı tələbələr Misirdə ərəb dilinin mənimsənilməsi ilə bağlı kurs keçəcəklər

Cəmiyyət Materials 16 Yanvar 2007 18:11 (UTC +04:00)

Azərbaycanlı tələbələrdən ibarət bir qrup Misirdə ərəb dilinin mənimsənilməsi ilə bağlı kurs keçəcəklər. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən bildiriblər.

Kurslar MDB ölkələri ilə texniki əməkdaşlıq üzrə Misir Fondu tərəfindən təşkil edilib. Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qafqaz Universitetinin 15 tələbəsi bir ay ərzində Misir ali məktəblərində ərəb dilinin mənimsənilməsi ilə bağlı kurs keçəcəklər.

Səfər və təhsil xərcləri Misir Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Fond tərəfindən ödəniləcək.

Xəbər lenti

Xəbər lenti