...

Mətbuat Şurası prezident İlham Əliyevə müraciət edib

Cəmiyyət Materials 17 Yanvar 2007 16:51 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının yanvarın 17-də keçirilən iclasında prezident İlham Əliyevə müraciət qəbul olunub. Bu barədə Trend ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, müraciət mətbuatın inkişafına dair dövlət proqramının qəbul olunması ilə bağlıdır.

"Müraciətdə mətbuata qayğının artırılması, qəzetlərə reklam verilməsi, vergi məsələləri ilə bağlı güzəştlərin edilməsi öz əksini tapıb", - deyə Rəşad Məcid bildirib.

O qeyd edib ki, iclas davam edir və toplantıda Mətbuat Şurasının səlahiyyətinin artırılması, qurumun iş planı müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti