...

"Baku Open" turnirinin təxirə salınması Azərbaycanın 2009-cu ildə taekvando çempionatı üçün mübarizəsinə təsir etməyəcək

Cəmiyyət Materials 31 Yanvar 2007 12:32 (UTC +04:00)

Bakıda taekvando üzrə açıq çempionatın təxirə salınması 2009-cu ildə taekvando üzrə dünya çempionatının qəbul edilməsi üçün Azərbaycanın mübarizəsinə təsir etməyəcək.

Milli Federasiyanın birinci vitse-prezidenti Fizuli Musayev Trend ə bildirib ki, fevralın ortaları üçün planlaşdırılmış yarış əvvəlcə beynəlxalq təqvimə salınmışdı, lakin sonradan Azərbaycan tərəfi onu təxirə salmaq barədə qərar qəbul edib. F.Musayev qeyd edib: "Bu, bizə asan başa gəlməyib, lakin bu addımı atmağa məcbur idik. Belə ki, irəlidə komandanı may ayında Pekində keçiriləcək dünya çempionatı və sentyabrda Mançestrdə keçiriləcək lisenziyalı yarış gözləyir. Bu qərarımız barədə biz Avropa Taekvando İttifaqına (ETU) xəbər verdik, onlar bizim bu addımımıza böyük anlamla yanaşdılar".

Xəbər lenti

Xəbər lenti