Bu il fevralın 20-də ANS televiziya və radiosunun tezliyinə müsabiqə elan olunacaq. Bu barədə Trend ə eksklüziv olaraq Milli Televiziya və radio şürasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
Onun sözlərinə görə, fevralın 20-dən elan olunan müsabiqə 1 ay, martın 20-dək davam etdiriləcək. Bir ay ərzində - martın 20-dən aprelin 20-dək Teleradio Şurası bu müsabiqənin yekunlarına baxıb qərar çıxaracaq. N.Məhərrəmli qeyd edib ki, ANS-in tezliyinə elan olunmuş müsabiqədə yalnız bir iştirakçı olduğundan nəticələr ləğv edildi. Müvafiq qanunvericiliyə görə, teleradio tezliyinə elan olunan müsabiqədə ən azı 3 iştirakçı olmalıdır.
N.Məhərrəmli onu da deyib ki, ikinci müsabiqə dövründə də ANS-in yayımı davam etdiriləcək. O həmçinin əlavə edib ki, mart ayında bir neçə gün bayram qeyd olunduğundan Teleradio şurası 2-ci müsabiqənin müddətini bir neçə gün artıra bilər.