...

Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstitutunu yenidən qurmaq niyyətindədir

Cəmiyyət Materials 19 Fevral 2007 18:54 (UTC +04:00)

Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstitutunu yenidən qurmaq niyyətindədir. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə istinadən Trend məlumat verir.

"Biz, bu obyektin təmirini 2007-ci ilin investisiya proqramına daxil etməyə çalışacayıq", deyə, nazir qeyd edib.

Nazirin sözlərinə görə, bu vaxta qədər əksər xəstəxanalar acınacaqlı vəziyyətdə olub, bu gün təmir-bərpa işləri aparılır.

"Hazırda biz, Maştağada psixiatrik xəstəxananın böyük korpusunun təmirinə başlamışıq, yenidənqurma başa çatır və yanğından zərər çəkmiş 2 saylı psixiatrik xəstəxananın tikintsi gedir. 2008-ci ilin əvvəlində biz onu istifadəyə verməyi planlaşdırırıq", deyə, O.Şirəliyev bəyan edib.

Xəbər lenti

Xəbər lenti