...

Eddi Oxara Vandakı erməni kilsəsinin təmirini müsbət qiymətləndiridiyini bildirib

Cəmiyyət Materials 23 Mart 2007 12:39 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/Avropa Şurasının Parlament Assambleyasının Qafqazdakı mədəni miraslarla bağlı məruzəçisi Eddi Oxara jurnalistlərə verdiyi açıqlamada

Türkiyənin Van şəhərində yenidən təmir olunaraq istifadəyə veriləcək Akdamar Kilsəsi barədə öz razılığını dilə gətirib.

Açıqlamasında kilsənin yenidən təmir olunması işində iştirak edən türk və xarici akademiklərlə yanaşı, Türkiyə hökuməti rəsmilərinə, o cümlədən Van şəhərinin yerli idarəçilərinə təşəkkür edən ingilis millətvəkili, bu cür işlərin davam etdirilməsinin gərəkliliyini bildirib.

Təmir işlərinin bölgədəki mədəni mirasın qorunması işinə nümunə təşkil etdiyini qeyd edən Oxara, kilsənin açılış mərasimində Ermənistanın rəsmi nümayəndələrinin də iştirak etməsini arzuladığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti