...

Azərbaycan voleybolçuları ixtisas üzrə Qran-Pridə çıxış etməyə başlayacaqlar

Cəmiyyət Materials 28 Mart 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması ixtisas üzrə Avropa Qran-Pri raundunda çıxış etməyə başlayacaqlar.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışın mövcud cədvəlində bəzi dəyişikliklər aparılıb, bundan sonra final seçmə mərhələdən əvvəl keçiriləcək. İyunun ortalarında keçiriləcək birinci mərhələdə 2 qrupa bölünən 8 komanda iştirak edəcək, həmçinin hər qrupun oyunları müxtəlif ölkələrdə keçiriləcək, buna görə də yarışın təşkilatçılarını yalnız təxmin etmək olar.

Mini-yarışların keçirilməsi üçün müraciətlər bir az sonra qəbul ediləcək və püşkatmadan sonra müəyyən ediləcək. Eyni zamanda keçən ilki Qran-Pridə yüksək yekun nəticələri nəzərə alınaraq seçm olmadan finala Rusiya, italiya, Polşa və Hollandiya çıxıb.

Xəbər lenti

Xəbər lenti