...

AFFA Azərbaycan yığmasını finlandiyalılar üzərində qələbə münasibətilə mükafatlandıracaq

Cəmiyyət Materials 29 Mart 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan yığmasınının futbolçuları AFFA tərəfindən Avropa-2008 çempionatının seçmə oyunlarında Finlandiya üzərində 1:0 hesabıyla qələbə münasibətilə mükafatlandırılacaq.

Trend ə verilən məlumata görə, Assosiasiyanın icraiyyə Komitəsinin bu yaxınlardakı qərarına əsasən, bundan sonra ixtisaslaşmış və ya yoldaşlıq görüşlərində qalibiyyətinə görə komandanın hər bir oyunçusu 2 min AZN məbləğində mükafatlandırılacaq. Bununla bərabər, Şahin Diniyevin tələbələri bu yaxınlarda Çimkənddə keçirilən beynəlxalq turnerdə Özbəkistan və Qırğızıstana qalib gələrək ikinci yeri tutmaqla uğurlu çıxış etdiklərinə görə mükafatlandırılıblar.

Eyni zamanda finlandiyalılar üzərində qələbə nəticəsində yığma "A" qrupunda sonuncu yeri tərk edərək Ermənistanı 3 xal qabaqlamaqla və Qazaxıstana cəmi 1 bal güzəştə getməklə 7-ci mövqedə dayanıb.

Xəbər lenti

Xəbər lenti