...

Azərbaycan taekvondoçuları Koreya yığmasında sınaq keçirlər

Cəmiyyət Materials 6 Aprel 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Baku /müxbir. Trend Z.Səfərov/ Taekvondo üzrə Azərbaycan yığması Pekində keçiriləcək Dünya çempionatı ərəfəsində Koreya yığmasında ongünlük təlim-məşqlər keçir.

Komandanın baş məşqçisi Ələkbər İmaməliyevin azerisport.com-a verdiyi məlumata görə, Çin mundialı ərəfəsində idmançıların daha yaxşı uyğunlaşmaları məqsədilə onlar Gündoğan ölkədə məşqlər edəcəklər.

Mütəxəssisin fikrincə, bu məşqlər onun tələbələrinin xeyrinə olacaq.

"Mundial mayın 18-də başlayacaq, eyni zamanda aprelin sonlarında yığma komanda Koreyaya yola düşəcək.Bura isə iqlimə uyğunlaşmaq üçün çox əlverişli məkandır"- deyə İmaməliyev bildirib.

Xəbər lenti

Xəbər lenti