...

Ukrayna voleybolçuları Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə qatılacaq

Cəmiyyət Materials 10 Aprel 2007 13:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Voleybol üzrə Ukraynanın qadınlardan ibarət yığma komandası avqustun 21-də Bakıda start veriləcək Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəyini təsdiqləyib.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata əsasən, yarışda həmçinin Türkiyə və Bolqarıstanın komandaları iştirak edəcək. Lakin sloveniyalılar və ispanlar Avropa Qran-Prisinin ixtisas mərhələsinin yarışları ilə əlaqədar Azərbaycana gəlməkdən imtina edib. "Biz həmçinin Bakıya Federasiyaya müvafiq sənəd təqdim etməli olan Yunanıstan, Fransa, Çexiya, Xorvatiya və Rumıniya voleybolçularının gəlişini gözləyirik", - deyə Z.Gözəlbəyli qeyd edib.

Qeyd etmək lazımdır ki, yığma komanda üçün turnirdə çıxış sentyabrda Belçikada keçiriləcək Avropa çempionatına vacib mərhələ olacaq.

Xəbər lenti

Xəbər lenti