...

Azərbaycan və Rusiyanın iki şəhəri "qardaşlaşacaq"

Cəmiyyət Materials 13 Aprel 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiya Federasiyasının Voloqda şəhəri Azərbaycanın şəhərlərindən biri ilə "qardaşlaşacaq". Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanovla Voloqda şəhərinin meri A.Yakuniç arasında cümə axşamı razılıq əldə olunub.

Baş Konsulluqdan verilən məlumata görə, Osmanovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Voloqodsk vilayətinə səfəri çərçivəsində vilayətin Qanunvericilik Şurasının sədri N.Tixomirovla görüş keçirilib. Görüşdə iştirak edən rusiyalı deputatlar Azərbaycanda siyasi, iqtisadi, mədəni və digər sahələrdə gedən proseslərlə maraqlanıblar.

Səfər çərçivəsində Voloqda şəhərinin meri Yakuniçlə keçirilən görüş zamanı Voloqda şəhərinin Azərbaycanın bir şəhəri ilə qardaşlaşması, şəhərdə təhsil alan beş azərbaycanlı qabaqcıl məktəblinin Baş Konsul tərəfindən mükafatlandırılması barədə qərar qəbul edilib.

Baş Konsul Osmanov Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Voloqodsk vilayətindəki federal inspektoru S.Pastuxov və Voloqdsk vilayətinin federal miqrasiya xidmətinin rəhbəri B.Kotov ilə görüşlərində isə miqrasiya sahəsində aktual problemləri, azərbaycanlıların qeydiyyata düşməsi məsələlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti