...

"Xəzər-Lənkəran"ın forvardı bombardirlər yarışında liderliyi qoruyub saxlayır

Cəmiyyət Materials 19 Aprel 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " müx.Z.Səfərov/ "Xəzər-Lənkəran" klubunun forvardı Zaur Ramazanov bombardirlər mübarizəsində liderliyini davam etdirir. Trend agentliyinin yaydığı məlumata görə, hücumçu öz aktivinə 11 qol yazdıra bilib. Lakin o, ötən turda "İnter"ə qarşı oyunda öz məharətini nümayiş etdirə bilməyib. Bu turda bombardirə çatmaq və keçmək şansı "Karvan"ın kot-divuarlı hücumçusu Yakuğ Bambaya düşüb. Lakin onun "Neftçi" ilə matçda vurduğu iki qol oyundankənar vəziyyətdə olduğu üçün hakim onları qeydə almayıb. Bu oyunda "Neftçi"nin hücumçusu Georgi Adamiya da fərqlənə bilməyib. Onun aktivində hazırda 10 qol var.

Qeyd edək ki, ötən turdan sonra birinci yerə yenə "Neftçi" çıxıb. Bakı klubu "Xəzər-Lənkəran"ı bir xal qabaqlayır.

Xəbər lenti

Xəbər lenti