...

ATƏT-in mətbuat üzrə nümayəndəsi Bakıda görüşlər keçirir

Cəmiyyət Materials 25 Aprel 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mirloş Haraşti Azərbaycanın dövlət orqanları, ictimai, siyasi, media qurumları ilə görüşlər keçirir.

Çərşənbə günü Haraşti Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb. Bu barədə Teleradio Şurasından məlumat verilib.

Görüşdə xarici telekanalların Azərbaycan tezliklərində yayımı və Şuranın bununla əlaqədar çıxardığı qərar, ANS kanalının tezliyinə müsabiqə elan olunması, ölkədə reklam bazarının tənzimlənməsi, Sərhədsiz Televiziya Konvensiyası, internet televiziyası və radiosu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Məhərrəmli Azərbaycanda bu sahələrin vəziyyəti ilə bağlı ATƏT nümayəndəsinə məlumat verib.

Xəbər lenti

Xəbər lenti